Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

01-04-2023 , 21:32

10738

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +
Azərbaycan nümayəndə heyəti Strasburqa yola düşür

“Avropa şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin Strasburq şəhərində keçiriləcək 44-cü sessiyasının işində Azərbaycan nümayəndə heyəti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üzvü Anar ibrahimovun rəhbərliyi ilə iştirak edəcəkdir”- bu fikirləri Azərbaycan şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev bildirib.

Sədrin sözlərinə görə, Avropa şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin Baş katibi Mathieu Morinin rəsmi məktubu ilə Konqresdəki Azərbaycan nümayəndə heyəti qurumun 44-cü Sessiyasında iştirak üçün dəvət olunmuşdur.

Sessiya 21-23 mart 2023-cü il tarixlərində Strasburq şəhərində keçiriləcəkdir. əlavə olaraq, Avropa şurası Konqresində Azərbaycan nümayəndə heyətinin üzvlərinin 20 mart 2023-cü il tarixdə üzv olduqları siyasi partiya qruplarının (EPP/CCE, SOC/G/PD və ECR) iclaslarında iştirakı nəzərdə tutulmuşdur.

Konqresin 44-cü sessiyasında Avropa şurasının Baş Katibi Marija Pejčinović Burić-in və Avropa şurası Parlament Assambleyasının Prezidenti Tiny Koxun çıxışları nəzərdə tutulur. Sessiya zamanı bir sıra Avropa şurası ölkələrində Avropa Yerli özünüidarəetmə Xartiyasının tətbiqinin və seçki nəticələrinin monitorinqinin müzakirəsi də planlaşdırılır.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Şabranın mədəniyyət qoruyucuları

Gündəlik Xəbərlər
18-07-2026
525

Səkkiz bələdiyyənin yarim milyon manat  borcu var

Gündəlik Xəbərlər
08-07-2026
530

Bələdiyyə icra-münasibətlərində Masallı təcrübəsi

Gündəlik Xəbərlər
30-06-2026
731

Şuşa rayonunun demoqrafik vəziyyəti haqqında

Gündəlik Xəbərlər
09-06-2026
563

Bələdiyyələrə dotasiya nə vaxt ayrılacaq?

Gündəlik Xəbərlər
01-06-2026
771